Bu günün tarixi (08.03.2012)
08 Mart 2012 Cümə Axşamı 07:23
Bu gün beynəlxalq qadınlar bayramıdır.
Miladi: 08 mart 2012
Hicri: 15 Rəbiul-axir 1433

İlin 68-cü günü
İlin sonuna 297 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.53
Günəş - 07.02
Zöhr - 12.55
Əsr - 16.35
Məğrib - 18.54
İşa – 20.10

E.ə.480-ci ildə Yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib

1074-cü ildə Roma papası rahiblərin nikahını qadağan edib

1338 - Azərbaycan filosofu, şair, Orta Əsrlər müsəlman Şərqinin görkəmli mütəfəkkiri Əvhədi Marağai (Ruhnəddin) vəfat edib. Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (ən məşhuru "Cəmşid piyaləsi") müəllifidir. Dəqiq təvəllüdü məlum deyil, 1274-cü ildə Marağada doğulduğu təxmin edilir.

1403 – 4-cü Osmanlı padşahı İldırım Bəyazid vəfat edib

1857-ci ildə Nyu-Yorkda tekstil fabrikinin qadınları aşağı maaş və ağır iş şəraitinə qarşı etiraz edib

1822-ci ildə süni dişlər ilk dəfə patetnləşdirilib

1910-cu ildə Kopenhagendə Beynəlxalq Qadınlar Konfransında irəli sürülən təklifdən sonra bu gün Beynəlxalq qadınlar bayramı kimi qəbul edilib

1911 - Xalq artisti Ağadadaş Qurbanov (1911-1965) anadan olub. 1927-ci ildən Dövlət Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən Dövlət Dram Teatrında çıxış edib.

1917 – İlk dəfə Caz janrında nusiqi valı satışa çıxarılıb

1918-ci ildə Rusiyanın paytaxtı Petroqraddan Moskvaya köçürülüb

1952-ci ildə Filadelfiyada ilk süni ürək əməliyyatı aparılıb

1955-ci ildə Sumqayıt Alüminium zavodu fəaliyyətə başlayıb

1956-cı ildə SSRİ hərbi qüvvələri Gürcüstanda covet hakimiyyəti əleyhinə keçirilən nümayişi boğub

1977-ci ildə BMT-nin Baş Assambleyasında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.

1996 - Prezident Heydər Əliyev Gürcüstana ilk rəsmi səfərə gedib. Səfər gedişində iki ölkə arasında tərəfdaşlıq və qarşılıqlı təhlükəsizlik yardımı haqqında saziş və digər müqavilələr imzalanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar