Bu gün Sarkisyan həmsədrlərə görüşəcək
18 İyun 2010 Cümə 14:40
Bu gün Sarkisyan həmsədrlərə görüşəcək. Görüş Sankt-Peterburqda baş tutacaq.
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupu ilə görüşəcək. Bu barədə jurnalistlərə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan məlumat verib.
Onun sözlərinə görə, həmsədrlər iyulda regiona səfərə gələcəklər. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçən üç tərəfli görüşə gəlincə, Nalbandyan deyib ki, tərəflər danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.
“Görüşün yekunlarına dair prezidentlər xarici işlər nazirlərinə təmasları davam etdirmək tapşırığı veriblər. Fəal müzakirlər, eləcə də Minsk qurupu həmsdrlərilə də davam etdiriləcək”, - deyə erməni nazir bildirib.
Qeyd edək ki, prezident İlham Əliyev həmsədərlərlə dünən görüşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: