Bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Enn Dersi Quba şəhərində olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, səlahiyyət müddəti başa çatan səfir Amerika hökumətinin dəstəyi ilə həyata keçirilən icma layihələrinin rəhbərləri ilə görüş keçirib və onların gördüyü işlərlə maraqlanıb.
Həmçinin, səfir Qubada yəhudilərə məxsus Qırmızı qəsəbədə olub və burada yaşayan yəhudilərlə görüşüb.
Səfirin rayondakı xalçaçılıq müəssisələrinə baş çəkəcəyi də gözlənilir. /ANS PRESS/