Gündəm

Bu gecə Ay tutulması olacaq

Bu gecə Ay tutulması baş verəcək. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, ay tutulması Bakı vaxtı ilə 23.22-də başlayacaq və 03.02-də başa çatacaq.

· Xəbərçi
Bu gecə Ay tutulması olacaq
Həmin vaxtın 1 saat 40 dəqiqəsi ərzində Ay tamamilə tutulacaq. Bu vaxt Yerin kölgəsi tamamilə Ayın üzərinə düşəcək, Yer Ay ilə Günəşin ortasında olacaq. Ay tutulmasının ildə 3-4 dəfə baş verdiyini deyən Ə. Quliyev bildirib ki, bu proses Azərbaycandan yaxşı müşahidə olunacaq. Ay tutulması insanlarda heç bir narahatlıq yaratmayacaq. Ə. Quliyevin sözlərinə görə, Günəş və Ay tutulması hadisələri ildə 6-7 dəfə baş verir. APA

Şərhlər