Bu dövlət terroru cavabsız qalmayacaq
31 May 2010 Bazar Ertəsi 21:25
Ərdoğan: "İsrail bölgədə sülh istəmədiyini açıq şəkildə ortaya qoydu".
Bu dövlət terroru cavabsız qalmayacaq. Belə bir bəyanatla Çiliyə səfərini yarımçıq qoymalı olan Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan hava limanında mətbuat nümayəndələrinə açıqlama verərkən çıxış edib.

Ərdoğanın sözlərinə görə, Qəzzaya humanitar yardım aparan gəmi tamamilə insani məqsədlərə xidmət edirdi: “Gəmilər yoxlanılmışdı, orada mülki şəxslər və könüllülərdən başqa heç kim olmayıb. Gəmilərdə ağ bayraq asılmışdı”.

Türkiyə baş naziri İsrailin gəmidə "silah" olduğu barədə yaydığı xəbərləri də təkzib edib. Baş nazir bütün bunların yalan olduğunu söyləyib: “Gəmidə sadəcə Türkiyə vətəndaşları deyil, 32 ölkədən könüllülər var idi. Gəmidə parlamanet üzvləri də olub. İsrail tərəfindən edilən bu hərəkətlər beynəlxalq hüquqa tamamilə zidd dövlət terrorudur. İsrail bölgədə sülh istəmədiyini açıq şəkildə ortaya qoydu. İnsanlığa zidd dövlət terroru cavabsız qalmayacaq. Bu, İsrail xalqına da sakitlik gətirməyəcək”,- deyə Ərdoğan bildirib.

Türkiyə baş naziri İsrail tərəfindən girov götürülən gəmilərin və gəmidə olanların azad edilməsini, habelə həlak olan və yaralanlar haqda ətraflı məlumatların hazırlanmasını tələb edib.

“Türkiyəyə qayıdan kimi ölkə parlamenti ilə bu məsələni müzakirə edəcəyik. Bütün dünya ictimaiyyətinə baş vermiş hadisənin detallarını tam şəkildə açıqlayacağıq”,- deyə Türkiyə Baş naziri söyləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar