Soçi görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş müşahidə edilir. Bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib.
"Bu gün münaqişə tərəflərinin xarici işlər nazirləri bu məsələ ilə ciddi şəkildə məşğul olurlar. Güman edirəm ki, prezidentlər addım-addım Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olacaq", - deyə Brayza qeyd edib.
ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirlərinin Gürcüstandakı görüşünə gəldikdə isə səfir bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, regional təhlükəsizlik məsələləri müzakirə olunub. ANSPRESS
Brayza Qarabağ məsələsində irəliləyiş görür
"Münaqişə tərəflərinin xarici işlər nazirləri məsələ ilə ciddi şəkildə məşğul olur".




Şərhlər