Bolqarıstan parlamenti
11 Yanvar 2012 Çərşənbə 17:19
Soyqırım iddialarının parlamentə çıxarılması səyləri nəticəsiz qalıb.
Bolqarıstan parlamenti qondarma erməni soyqırımının tanınmasının müzakirəsi haqqında ultramillətçi "Hücum" partiyasının təşəbbüsünə rədd cavabı verib. ANS PRESS-in Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, Plovdiv, Varna, Burqas və Stara Zaqora kimi bir necə bolqar şəhərinin bələdiyyələri qondarma soyqırımının tanınması haqqında qətnaməni dəstəkləsələr də, onun parlamentə çıxarılması səyləri nəticəsiz qalıb.

Partiya lideri Volen Sidorov bildirib ki, onun partiyasının təşəbbüsündə məqsəd məsələni siyasiləşdirmək cəhdi yox, tarixin bəzi xoşagəlməz məqamlarının tanınması olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar