BMT xəbərdarlıq edir
19 Noyabr 2010 Cümə 02:45
“2011-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində artım müşahidə olunmasa, dünyanı irəlidə çətin günlər gözləyir”
Bu il dünyada 1 trilyon dollardan çox ərzaq idxalı nəzərdə tutulub. Bu barədə məlumat BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ekspertlərinin hazırladığı məruzədə verilib. Məruzədə, cari ildə dünyada ərzaq məhsullarının alınmasına 1,026 trilyon dollardan çox vəsait sərf olunacağı bildirilib. Bu, 2009-cu il ilə müqayisədə 15 faiz çoxdur.

Sənəddə qeyd edilib ki, əgər 2011-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində artım müşahidə olunmasa, dünyanı irəlidə çətin günlər gözləyir. Belə ki, dünyanın ərzaq bazarında müxtəlif qida məhsullarının qiymətləri müntəzəm olaraq və nəzərəçarpacaq dərəcədə artmaqda davam edir.

Son aylar ət və süd məhsulları, habelə buğda qiymətləri xeyli dərəcədə yüksəlib.

2010-cu ildə dünyada dənli bitkilərin istehsalı 2,1 faiz azalacaq, bu səbəb lə də dünya anbarlarında buğda həcminin 512,5 milyon ton azalacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar