BMT qetnamelerinin heyata keçirilmemesi qebuledilmezdir
19 Noyabr 2013 Çərşənbə Axşamı 15:08
Alan Kurtua dini ve etnik tolerantlıq üzerinde qurulmuş Azerbaycan cemiyyetinin belçikalılar üçün örnek ola bileceyini bildirib.
“Azerbaycan Belçikada çoz az tanınan ölkelerden biridir. Azerbaycan cemiyyetinin medeni müxtelifliye malik olmasına baxmayaraq, bu ölke çox zaman "uzaq bir memleket" kimi nezerden keçirilir. Dini ve etnik tolerantlıq üzerinde qurulmuş Azerbaycan cemiyyeti belçikalılar üçün örnek ola biler.
Avropa Azerbaycan Cemiyyetinden ANS PRESS-e verilen melumata göre, bunu Belçika Parlamentinin üzvü Alan Kurtua deyib.
Belçika Parlamentinin üzvü Alan Kurtua Avropa Azerbaycan Cemiyyetinin Azerbaycan cemiyyetinin tolerantlığı ve Ermenistan-Azerbaycan Dağlıq Qarabağ münaqışesine dair suallarını cabablandırarken aşağıdakıları beyan edib :
"İyirmi ilden artıq davam eden Dağlıq Qarabağ münaqişesi regionun iqtisadi, coğrafi ve medeni potensialından tam behrelenmeye engel töredir. BMT Tehlükesizlik Şurasının 1993-cü ilde qebul etdiyi qetnamelerin hele de Ermenistan terefinden heyata keçirilmemesi qebuledilmezdir. Fikrimce, istenilen konstruktiv danışıqlar beynelxalq hüquq ve prinsipler esasında aparılmalıdır. Ermenistan bu beynelxalq çerçive ile razılaşmalı ve Azerbaycanın erazi bütövlüyüne hörmetle yanaşmalıdır. Mehz bundan sonra balanslı danışıqlar bütün Cenubi Qafqaz regionu üçün semereli hell yoluna çıxaracaqdır.
Azerbaycanın qaçqın ve mecburi köçkün problemi sözsüz ki faciedir. Men beynelxalq ictimaiyyeti bu unudulmuş probleme daha çox diqqet ayırmağa çağırıram. Beynelxalq ictimaiyyetin Suriyadakı insan faciesine bu qeder diqqet yetirdiyi halda, Cenubi Qafqazdakı daha köhne olan qaçqın ve mecburi köçkün problemi diqqetden kenarda qalıb. Bu, Azerbaycana sosial-iqtisadi cehetden inkişaf etmesine ve teminatlı geleceyini qurmasına engel töredir”.
DOSTLARINLA PAYLAŞ: