BMT-nin 12 eksperti Azərbaycandadır
16 Aprel 2010 Cümə 10:40
Ekspertlər ekoloji siyasət, su ehtiyatlarının idarə olunması, Xəzərin problemləri və s. haqqında sənəd hazırlayacaqlar.
“Azərbaycanda Ekoloji Fəaliyyətin 2-ci İcmalı”nın hazırlanması məqsədilə BMT-nin Avropa İqtisadi Komissiyasının 12 eksperti Azərbaycana səfər edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər aprelin 21-nə kimi davam edəcək.
Səfər çərçivəsində “Azərbaycanın Ekoloji Fəaliyyətinin 2-ci İcmalı” sənədinin hazırlanması üçün müvafiq məlumatların toplanılması, aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi, sahələrə səfərlər nəzərdə tutulub.
Sənəd ekoloji siyasət, ətraf mühitin maliyyələşdirilməsi, əhalinin məlumatlandırılması, beynəlxalq əməkdaşlıq, atmosfer havası və nəqliyyat, tullantıların idarə edilməsi, su ehtiyatlarının idarə olunması və Xəzər dənizinin problemləri, biomüxtəliflik və meşələrin idarə edilməsi, torpaqların istifadəsi sahələrini əhatə edəcək və “Azərbaycanda Ekoloji Fəaliyyətin 1-ci İcmalı”nın hazırlandığı 2003-cü ildən sonrakı dövrdə ölkədə əldə olunmuş nailiyyətləri əks etdirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: