BMT Azərbaycanı nümunə hesab edir
28 İyun 2013 Cümə 21:29
Qurumda hesab edirlər ki, region ölkələri yüksək texnologiyaların inkişafı baxımından Azərbaycandan nümunə götürə bilər.
Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı regionun əksər ölkələri üçün yaxşı nümunədir. Bu fikri BMT baş katibinin qlobal tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Əmir Dossal söyləyib. ANS PRESS Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, Əmir Dossalın sözlərinə görə, texnologiyaların inkişafında tərəqqi ölkədə elektron təhsil, elektron hökumət, eləcə də yüksək texnologiyaların verdiyi çoxlu digər imkanların inkişafı üçün fəal şəkildə istifadə oluna bilər.

Onun sözlərinə görə, informasiya texnologiyaların inkişafı sayəsində ünsiyyət üsullarının sadələşdirilməsi ölkə qarşısında ticarət və biznes sahəsində də yeni imkanlar açır.

Əmir Dossal həmçinin qeyd edib ki, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov BMT-nin rəqəmli inkişafa xidmət edən Genişzolaqlı rabitə üzrə Komissiyasının tərkibinə daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar