Biz Azərbaycanla viza rejiminibir tərəfli ləğv etmişik
25 Sentyabr 2013 Çərşənbə 15:18
Bu turizm sahəsində iki tərəfli əlaqələrin genişlənməsinə şərait yaradacaq.
“Biz Azərbaycanla bir tərəfli olaraq viza rejimini ləğv etmişik”. Bunu Azərbaycanda səfərdə olan İran nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, İranın böyük turizm potensialı var: “Biz azərbaycanlıları İrana dəvət edirik. İnanırıq ki, Azərbaycan tərəfi də viza rejimini ləğv edəcək. Bu turizm sahəsində iki tərəfli əlaqələrin genişlənməsinə şərait yaradacaq”.

ANS PRESS-in verdiyi məlumata görə, Cavad Cahangirzadə həmçinin bildirib ki, iki ölkənin iqtisadi əlaqələrinin inkişafına zəmin var: “Azərbaycan tərəfi ilə müzakirələr aparmışıq. Biz İran ticarət palatası ilə də müzakirələr aparacağıq. İki ölkənin potensialı yüksəkdir. İki tərəfli əlaqələr diqqətə layiq vəziyyətdədir və biz bu əlaqələrin inkişafında maraqlıyıq”- deyə iranlı deputat deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar