Bir neçə rayonda qaz olmayacaq
30 Yanvar 2012 Bazar Ertəsi 14:53
Məhdudiyyət Qazıməmməd-Qazax magistral qaz kəmərində baş verən partlayışla bağlıdır.
Bu gün Qazıməmməd-Qazax magistral qaz kəmərində baş verən partlayış ilə əlaqədar bir neçə rayonda qaz olmayacaq. Lakin Qazıməmməd-Qazax magistral qaz kəmərində yaranan qəza Azərbaycan qazının Gürcüstana ixracına təsir etməyəcək. “Azəriqaz”dan ANS-ə verilən məlumata görə, sızma ölkə daxilində əhalinin qazla təchizatı üçün nəzərdə tutulan kəmərdə baş verib və müvafiq olaraq onun Gürcüstana qaz ixracına heç bir təsiri yoxdur. Gürcüstana qaz tədarükünün həyata keçirildiyi qaz kəməri hazırda normal rejimdə çalışır.
Qeyd edək ki, təmir-bərpa işlərilə əlaqədar Azərbaycanın Göyçay, Qəbələ və Ucar rayonlarının qazla təchizatında fasilələr müşahidə olunacaq.
DOSTLARINLA PAYLAŞ: