Bin Ladenin arvadlarından biri öldürülüb
03 May 2011 Çərşənbə Axşamı 01:00
ABŞ prezidentinin müşaviri: “Ondan qalxan kimi istifadə ediblər”
Ötən gecə Amerika xüsusi təyinatlıları tərəfindən məhv edilən “Əl Qaidə” lideri Usəma bin Ladenin arvadlarından biri də ölmüş sayılır. Bunu ABŞ prezidenti nin terrorla mübarizə üzrə müşaviri Con Brennan bildirib. “Ondan (bin Ladenin arvadlarından birindən) qalxan kimi istifadə ediblər”, - Obamanın müşaviri bildirib.
Bir qədər əvvəl “Reuters” agetnliyi də Amerika xüsusi xidmət orqanlarının əməkdaşına istinadən məlumat yaymışdı ki, “Əl Qaidə” liderinin yanında qadın lub və həmin qadının Üsəma bin Ladenin arvadlarından biri olduğu ehtimal edilir.
Xatırladaq ki, “Əl Qaidə” liderinin öldürüldüyünü ABŞ prezidenti Barak Obama təsdiqləyib. O bildirib ki, əməliyyata bir həftə əvvəl razılıq verib və Pakistan hakimiyyəti əməliyyatla bağlı məlumatlandırılıb. Amerika KİV-inin məlumatına görə, “bir nömrəli terrorçu”nun meyiti dənizdə basdırılıb.
DOSTLARINLA PAYLAŞ: