BMT bu gün beynəlxalq qaçqın gününü qeyd edir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 60-cı ildönümü ilə əlaqədar qaçqınların vəziyyətinə diqqəti yönəltmək üçün bütün dünyada bir sıra tədbirlər planlaşdırıb.
BMT-nin açıqlamasına görə dünyada 15.4 milyon qaçqının beşdə dördü kasıb ölkələrin payına düşür. Qaçqınların ümumi sayının dördə birindən bir qədər çox isə 3 ölkəyə - Pakistan, İran və Suriyaya aiddir.
Bu göstəriciyə isə Şimali Afrika və Yaxın Şərqdə baş verən son ixtişaşlardan qaçqın düşən insanlar daxil edilməyib. Onların sayı isə artmaqda davam edir. ANSPRESS
Beynəlxalq Qaçqın Günü
Bu gün Beynəlxalq Qaçqın Günüdür. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yaradılmasından 60 il ötür.




Şərhlər