Gündəm

Berndə Azərbaycan səfirliyi açılacaq

Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

· Xəbərçi
Berndə Azərbaycan səfirliyi açılacaq
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli, Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Şərhlər