Berluskoniyə tumanla dəstək
14 Fevral 2011 Bazar Ertəsi 02:22
“Tumanlı amma canlı” adı ilə keçirilən dəstək aksiyasında səhnədəki ipə 150 alt paltarı sərilib
İtaliyanın Milano şəhərindəki “Dal Verme” teatrında bir qrup jurnalist və parlament üzvü baş nazir Silvio Berluskoniyə alt paltarı ilə dəstək mesajı göndərib. “Tumanlı amma canlı” adı ilə keçirilən dəstək aksiyasında səhnədəki ipə 150 alt paltarı sərilib. Alt paltarlarının qarşısında çıxış edən aksiya iştirakçılarının əsas vurğusu “1994-cü ildəki Berluskonini istəyirik” olub.

“Foglio” qəzetinin İcraçı direktoru Qulino Ferrara Berluskonini müdafiə etmək üçün toplaşdıqlarını, baş nazirin də öz növbəsində onları dinləməli olduğunu deyir: “Baş nazir Berluskoni, sizi müdafiə etmək üçün burdayıq. Bütün enerjinizi prosedura sərf edərək müxalifəti sevindirməyin. Nazirlər kabinetinə rəhbərlik edin. Biz ölkədə islahatlar aparan, 1994-cü ildəki Berluskonini istəyirik”.



Aksiyaçılar baş nazirin villasının qarşısında keçirilən aksiyanı və aksiyaçıların villaya girmək cəhdini “cinayət” və “həddi aşmaq” kimi qiymətləndiriblər.

Xatırladaq ki, keçən həftə Berluskoninin Milano şəhərinin Arkor məhəlləsindəki villasının qarşısında 3 000-dən çox insan etiraz aksiyası keçirmiş, aksiyaçılar baş nazirin həyətinə girməyə cəhd etdiyi zaman təhlükəsizlik qüvvələri ilə baş vermiş insidentdə bir polis xəsarət almışdı.





DOSTLARINLA PAYLAŞ:

oyunlar