Gündəm

Beləsi yüz ildə bir olur

11.11.11.

· Xəbərçi
Beləsi yüz ildə bir olur
Bu həftənin cümə günü yüz ildə bir olacaq hadisə yaşanacaq. Belə ki, həmin gün həm ayın tarixi, həm də saat 11 rəqəmindən ibarət olacaq. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bəzi metafiziklər, münəccimlər, falçılar, gizli güclərə inananlar bu gündən qeyri-adi gözləntiləri olduqlarını deyiblər. Minlərlə insan 11.11.11 tarixində toplanaraq müxtəlif ayinlər yerinə yetirəcək, rəqslər edəcəklər.

Özünü "Solara" adlandıran perulu rəqəm mütəxəssisi 11.11.11 günündə Yerdə dəyişiklər olacağını gördüyünü deyib.

11-ci ayın 11-ci günü üçün internetdə də bəzi maraqlı məlumatlar yayılmağa başlayıb. ANS PRESS onlardan bəzilərini öz oxucularına təqdim edir.

- 11 sentyabr hücumu iki "1" rəqəmini xatırladan Əkiz qüllələrə edilib. Hətta binaya toqquşan ilk təyyarənin nömrəsi belə 11 olub.
- 11-ci yüzildə yaşayan irlandiyalı Baş yepiskop Saint Malachi adlı münəccim qiyamətdən öncə 112 Papanın olacağını demişdi. Hazırda Papa vəzifələrini yerinə yetirən XVI Benedikt 111-cidir.
- 1-ci Dünya müharibəsində atəşkəs haqqında razılıq 11.11.1918-ci ildə saat 11-də imzalanıb.

Şərhlər