Bakteriyadan benzin istehsal ediləcək
30 Sentyabr 2013 Bazar Ertəsi 13:03
580 mq bakteriyadan bir litr xammal almaq mümkündür.
Cənubi Koreya alimləri bakteriyaların köməyi ilə benzin istehsal edəcək. ANS PRESS-in "CyberSecurity" saytına istinadla verdiyi məlumata görə, Koreya Elmi-Tədqiqat İnstitutunun alimləri bu bakteriyalardan maddələr mübadiləsi yolu ilə yanacaq əldə etmək niyyətindədir. Hazırki müşahidələrə görə 580 mq bakteriyadan bir litr xammal almaq mümkündür. Alimlər gələcəkdə bakteriyaların səmərəliliyini daha da artırmaq niyyətindədir.
Qeyd edək ki,bundan öncə amerikalı alimlər baktariyadan yanacaq əldə etmək üçün təcrübə aparıb ancaq istənilən keyfiyyətdə və səviyyədə yanacaq əldə edə bilməyib. Koreya Elmi-Tədqiqat İnstitutunun alimləri isə amerikalılardan fərqli olaraq daha yaxşı nəticə əldə edib.
DOSTLARINLA PAYLAŞ: