Bakıda sabah fləşmob olacaq
30 Aprel 2012 Bazar Ertəsi 15:56
“Birlikdə Bacararıq” adlı fotomüsabiqəsinin nəticələri də elan eiləcək.
Bakıda fləşmob keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə. mayın 1-də saat 19-00-da Dənizkənarı Bulvar ərazisində (Qız Qalasının qarşısında) “Birlikdə Bacararıq” simvolunu əks edtirən fləşmob olacaq. Saat 19-15-də isə “Art Garden”-da (ünvan: İçərişəhər,A.Zeynallı .22) “Birlikdə Bacararıq” adlı fotomüsabiqəsinin nəticələrinə həsr olunmuş fotosərgi və qrafiti şou baş tutacaq.

“Birlikdə Bacararıq” adlı fotomüsabiqəsində I yerə layıq görülmüş iştirakçı 400 manat, II yerə layıq görülmüş iştirakçı 300 manat, III yerə layıq görülmüş 2 nəfər iştirakçı isə 200 manat pul mükafatı və diplomlarla təltif olunacaqlar.

Qeye edək ki, artıq on dörd ildir ki, Avropa Şurasının "Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi" layhəsinin Azərbaycanda keçirilməsinin təmin edilməsi, Azərbaycanın zəngin mədəni irsinin, mənəvi-əxlaqi dəyərlərinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, gənclərə Vətənə məhəbbət hisslərinin aşılanması məqsədi ilə respublikanın əksər reqionlarını əhatə edən gənc fotoqraflar arasında, “Mədəni İrsimiz-Tarixi Dəyərimiz” müsabiqəsi keçirilir. Müsabiqədə qalib gəlmiş fotoşəkillər hər il İspaniyanın Barselona şəhərinə göndərilir və dünyanın əksər ölkələrdə təşkil edilən sərgilərdə nümayiş olunur. Bunula yanaşı həmin fotoşəkillər tədbirin ümumi kataloqunda nəşr olunur.

Ölkəmizin 2020-ci il Yay Olimpiya oyunlarına namizəd şəhər olduğunu nəzərə alaraq, bu il müsabiqə Azərbaycanda “Birlikdə bacararıq” adı altında həyata keçirilir.







DOSTLARINLA PAYLAŞ:

oyunlar