Bakıda qəbiristanlıq köçürüləcək
07 İyul 2010 Çərşənbə 00:50
Bu, əlaqədar Bakı-Ələt-Qazax magistral avtomobil yolunda yenidənqurma işlərinin aparılması və Ceyrankeçməz çayının daşma ehtimalı ilə bağlıdır.
Bakının Səngəçal qəsəbəsində qəbiristanlıqlardan biri köçürüləcək. Qaradağ rayon İcra Hakimiyyətinin məlumatına görə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Bakı-Ələt-Qazax magistral avtomobil yolunun 22-50-ci kilometrliyində yenidənqurma işlərinin aparılması və Ceyrankeçməz çayının daşma ehtimalı ilə bağlı Səngəçal qəsəbəsi yaxınlığında 1930-1932-ci illərdə salınmış rus və almanların dəfn olunduğu 211 qəbirdən ibarət qəbiristanlığın başqa əraziyə köçürülməsi zərurəti yaranıb.

Bununla əlaqədar Qaradağ rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, yaxın bir ay müddətində qəbiristanlığın Səngəçal qəsəbəsinin daha təhlükəsiz və münasib ərazisinə köçürülməsi nəzərdə tutulub.

Qəbirlərin köçürülməsi ilə bağlı yaradılmış işçi qrupu tərəfindən qəbir sahiblərinə və mərhumların yaxınlarına ətraflı məlumat veriləcək.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar