Bakıda evlər sökülür
04 Aprel 2014 Cümə 16:30
Bibiheybətdə idman kompleksinin inşası ilə əlaqədar söküntü işləri aparılır.
Bakıda Bibiheybət yolunun yaxınlığında inşasına başlanılan yeni idman kompleksinin 2015-ci ildə Bakıda keçiriləcək olimpiya oyunlarınadək yekunlaşacaq. Həmin komleksin beynəlxalq standartlara cavab verəcəyi gözlənilir. Standartlara cavab verməyən yeganə şey isə kompleksin ətrafinda olan qeyri-qanuni tiklilərdir. Amma artıq bu tiklilərin də söküntüsünə başlanılıb. Söküntü işləri isə qeyri-qanuni olduğu bildirilən mənzillərə müəyyən məbləğdə konpensasiyalar verməklə sökülür. Amma bu proses tərəflərin narazılığına səbəb olub.

Qeyd edək ki, ərazidə söküntü işləri səhər saatlarından başlayıb, biz əraziyə çatanda artıq bir neçə evin tamamilə söküldüyünün şahidi olduq. Elə burada deyim ki, sökülən evlərin əksəriyyətində yaşayış yox idi. Yəni əvvələr olu amma sonradan razılaşma yolu ilə sakinlər onlara verilən konpensasiyanı götürərək mənzillərdən çıxıblar. Amma hələ kifayət qədər sakin var ki, evlərindən çıxmaq istəmirlər.

Evi sökülən Xavər Mirzəyeva bildirir ki, heç bir sənəd təqdim etmədən gəlib veşimi töküblər çölə: “Mən də işdən qaçıb gəlmişəm, evdə hamilə qızım gəlinim. Mənə deyiləndə ki, sizə bu qədər pul veriləcək mən də dedim razI deyiləm. Ona görə ki,1500 AZN-dən mənim pulum ödəsinlər ki, mən də gedim oğluma 2 otaqlı ev ala bilim”.

Xatırladaq ki, söküntü işlərinin aparılmasına səbəb yaxınlıqda yeni idman kompleksinin tikilməsidir. Söküntü işləri də ərazinin aid olduğu Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aparilir. Mənzillərin hər kvadratına sakinlərin bank hesablarına müəyyən məbləğdə vəsait də köçürülüb. Amma bu məbləğlə razılaşmırlar.

Fərqanə Məhəmmədqızı da söylədi ki, sökürlər onların verdikləri pul isə məni qane etmir: “81 kvadratmetrinə 800 AZN pul təklif olunr. Mən o pula razı deyiləm, gedib ona nə alacam hardan alacam.

Hazırda ərazidə söküntü işlərinə Səbail rayon icra hakimiyyətinin ərazi orqanlarıyla iş şöbəsinin müdiri qurban İsmayilov nəzarət edir. Baş vermiş narazılıqdan xəbərdar olduğunu bildirən şöbə müdiri bütün şikayətlərin əsassız olduğunu vurğuladı: “10 gün əvvəl deyilib sakinlərə özü də kompensasiyaları ödənilib və yatırılıb bank hesablarına. Qalıb gedib həmin vəsaitləri götürməkləri”.

Qurban İsmayilovun sözlərinə görə, burdakı evlər qanunsuzdur və maksimum qiymətlər qoyulub: “Evlər plana düşəndə evin qiymətini, məhz qiymət komisiyası qoyur. Ərazidə söküntü işləri hələ bir neçə ay da davam edəcək. Ərazi tamam təmizlənəndən sonra abadlaşdırma işləri aparılacaq. Ərazidə isə konkret nəyin qalacağı isə hələlik tam məlum deyil”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar