Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi neft-qaz yataqlarında və adalarda texniki suya tələbatı ödəmək məqsədi ilə dəniz suyunun duzsuzlaşdırılması istiqamətində layihələr həyata keçirir.
ARDNŞ-nin Ekologiya İdarəsi “28 May” və “Neft Daşları” neft-qaz-çıxarma idarələrində sutkada 500 kubmetr suyu duzsuzlaşdırmağa imkan verən qurğunun quraşdırılmasında son tamamlanma işlərini yerinə yetirir. Bundan əlavə, sutkada 8,5 kubmetr suyu duzsuzlaşdıran 16 kiçikgüclü qurğular da istismara verilib.
Layihənin məqsədi suyun sahildən daşınması kimi ağır işdən yaxa qurtarmaq, texniki suya qənaət etməkdir. ANSPRESS
Bakıda dəniz suyu duzsuzlaşdırılır
ARDNŞ Ekologiya İdarəsi müvafiq layihələr həyata keçirir




Şərhlər