Bakıda “Darts” turniri keçirildi
22 Noyabr 2010 Bazar Ertəsi 15:50
“Qarant Sığorta” turnirin qaliblərinə qiymətli mükafatlar təqdim edib
“Qarant Sığorta” Şirkəti müştəriləri üçün əyləncəli və qiymətli mükafatlarla dolu möhtəşəm layihəsini həyata keçirib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şirkətin keçirdiyi “Darts” turnirində iştirak etmək üçün şirkətin yüzə yaxın müştərisi qatılıb. İştirakçılara beş mərhələdən ibarət “Darts” yarışmasında özlərini sınamaqdan əlavə, gün boyu musiqili istirahət, təmtaraqlı ziyafət imkanı yaradılıb.

“Darts” yarışmasına qatılan 32 iştirakçı beş mərhələli oyun nümayiş etdiriblər. Birinci yerin qalibi Nicat Mustafayevə “Qarant Siğorta”nın istənilən sığorta məhsulundan istifadə etmək imkanı və 500 manat mükafat təqdim edilib.

İkinci yerin qalibi Elçin Məmmədov 300, üçüncü yerin qalibi Elvin Yolçuyev isə 200 manatla mükafatlandırılıb.

Bundan əlavə bütün qonaqlara “Qaran Sığorta” Şirkətinin məhsullarına 50 faiz endirim imkanı verən xüsusi endirim kartları paylanıb.

Əyləncəli turnirin keçirilməsində əsas məqsəd şirkət və müştərilər arasında illər ərzində formalaşan münasibətlərin daha sıx qurulması və bu hədəf qruplarının istəklərinin daha düzgün reallaşdırılmasına nail olmaq idi.

Ziyafətin sonuna kimi qonaqlarla olan “Qarant Sığorta” şirkətinin İdarə Heyətinin sədri Vaqif Həsənov bu ziyafətin sığortaçıların öz həyat və əmlaklarını etibar etdikləri şirkət haqqında daha ətraflı məlumat almasında müstəsna rol oynayacağına inandığını bildirib. V. Həsənov şirkətin yaxın gələcəkdə müştərilərinə bundan da mükəmməl əyləncəli və mükafatlı tədbirlər təşkil edəcəyini və bunun üçün əvvəlcədən müştərilərin istəklərini öyrənmək üçün onlar arasında sorğu keçiriləcəyini deyib.

Qeyd edək ki, “Qarant Sığorta” şirkəti öz faktiki fəaliyyətinə 2008-ci ilin əvvəlindən başlayıb. Hazırda BMT-nin Qlobal Saziş təşəbbüsünə qoşulan ilk Azərbaycan şirkətidir. Şirkət 2010-cu ilin üç rübünü uğurlu maliyyə göstəriciləri ilə başa vuraraq bütün sahələr üzrə inanılmaz artım göstəricilərinə nail olub. Şirkətin sığorta yığımları üzrə göstəricisi 77 faiz, ödənişlər üzrə isə 45 faiz artıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar