Bakıda daha bir yol bağlandı
21 Dekabr 2011 Çərşənbə 15:37
Sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edilir
Bakıda daha bir yol bağlanıb. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin inspektoru Razi Zeynalov Trend-ə bildirib ki, körpü tikintisi ilə əlaqədar Nəsimi rayonu ərazisində Salam Habil dairəsindən 20 Yanvar dairəsi istiqamətinə yol tam bağlanıb.
Razi Zeynalov bildirib ki, 20 Yanvar dairəsindən Salam Habil dairəsi istiqamətində avtomobillərin hərəkətinə icazə verilir. Lakin bu istiqamətdə yolda tıxac yaranır.
Bu səbəbdən idarə sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.
DOSTLARINLA PAYLAŞ: