Sentyabrın 24-dən 27-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərdəkan Dendrarisində “Botanika bağlarının müasir mərhələdə təbii mühafizəsi” mövzusunda beynəlxalq botanika konfransı keçiriləcək.
AMEA-dan AzərTAc-a bildiriblər ki, konfransın işi 7 bölmə üzrə aparılacaq. Bitkilərin introduksiyası və iqlimləşdirilməsinin problemləri, bitki ehtiyatlarının səmərəli istifadəsi, şəhər ekosistemində yaşıllaşdırma problemləri, bitki ekologiyası və digər bölmələrin iclaslarında dünyanın tanınmış alimlərinin müvafiq mövzularda məruzələri dinlənilib müzakirə ediləcək.
Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, İran, Rusiya, Ukrayna və s. ölkələrdən botaniklərin iştirak edəcəyi gözlənilir.
Tədbir çərçivəsində Mərdəkan Dendrarisinin botanika bağına və qoruğuna ekskursiya təşkil ediləcək. ANSPRESS
Bakıda botanika konfransı keçiriləcək
Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, İran, Rusiya, Ukrayna və s. ölkələrdən botaniklərin iştirak edəcəyi gözlənilir.




Şərhlər