Gündəm

Bakıda atəşfəşanlıq oldu

Milli Parkda Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 41-ci ildönümü münasibətilə konsert keçirilib.

· Xəbərçi
Bakıda atəşfəşanlıq oldu
Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 41-ci ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında, Ağ fəvvarənin qarşısında bayram konserti təşkil edib.

Konsertdə paytaxtın on minlərlə sakini və qonağı respublikamızın tanınmış incəsənət ustalarının ifasında mahnıları dinləyib, rəqslərə tamaşa ediblər.

Milli parka toplaşanlar konsertdən sonra i möhtəşəm atəşfəşanlığın şahidi olublar. ANSPRESS

Şərhlər