Bakıda 24 yaşlı gənc öldürüldü
11 May 2012 Cümə 11:51
Gənc qonşusu tərəfindən öldürülüb.
Bakının Binəqədi rayonunda qətl olub. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, mayın 10-da saat 19:00 radələrində Binəqədi qəsəbəsi, Nizami küçəsində həmin küçənin 17 saylı evində yaşayan 24 yaşlı Nəriman Məmmədov qətlə yetirilib. Naməlum şəxs bıçağı onun ürəyinə soxaraq qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Qətli törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Binəqədi Rayon Polis İdarəsindən milli.az-a bildirildi ki, həmin şəxs mərhumun qonşusu Seyran Meybullayevdir. Qətlin təfərrüatı hələlik məlum deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar