Bakı Tiflis Qars layihesi gelen il bitecek
06 Sentyabr 2013 Cümə 09:18
Abdullah Gül: Bakı Tiflis Qars layihesi Pekinden Londona qeder vahid neqliyyat dehlizinin yaradılmasına imkan verir.
"Azərbaycanın Türkiyə və Gürcüstanla birgə reallaşdırdığı nəqliyyat və energetika layihələri sayəsində Xəzər regionu dünyada strateji mövqeyini əldə edəcək".
ANS PRESS-in TRT-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Abdulla Gül, İstanbulda keçirilən beynəlxalq forumda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi Pekindən Londona qədər vahid nəqliyyat dəhlizinin yaradılmasına imkan yaradır.
Gül, bu layihənin 2014-cü ildə təhvil veriləcəyini deyib: "Bakı-Tiflis-Qars" layihəsi çərçivəsində 105 kilometr məsafədə yeni qolun inşasına başlanılması planlaşdırılır. Bundan başqa, Gürcüstanda Axalkalaki-Marabda-Tiflis dəmir yolunun yeni xətti bərpa ediləcək. Bu xəttin daşıma gücü ildə 15 milyon ton yükə qədər yüksələcək. Bundan başqa, Axalkalakidə Gürcüstandan Avropaya qatarların keçirilməsi üçün yeni məntəqənin tikilməsi planlaşdırılır".
DOSTLARINLA PAYLAŞ: