Gündəm

Bakı-Təbriz-Məşhəd reysi açıla bilər

Bakı-Təbriz-Məşhəd reysi açıla bilər. Hazırda bununla bağlı danışıqlar aparılır.

· Xəbərçi
Bakı-Təbriz-Məşhəd reysi açıla bilər
Bu gün Azərbaycanın Təbrizdəki baş konsulu Ayxan Süleymanov fəaliyyətinin başa çatması ilə əlaqədar olaraq Şərqi Azərbaycan vilayətinin rəhbəri Əhməd Əlirza Beyqi ilə görüşüb. Bu barədə İranın “İRNA” agentliyi xəbər yayıb.

Görüşdə Beyqi Azərbaycan ilə İran arasında mədəni və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. "Biz Azərbaycandan olan zəvvarların rahatlığı üçün Bakı-Təbriz-Məşhəd reysinin açılması üzrə danışıqlar aparırıq", - deyə Şərqi Azərbaycan vilayətinin rəhbəri Süleymanovla görüşdə bildirib.

A.Süleymanov isə iki ölkə arasında qarşılıqlı münasibətlərin yaxşı səviyyədə olduğunu bildirib.

Qeyd edək ki, A.Süleymanov Azərbaycanın Qarsdakı (Türkiyə) konsulu təyin olunub. ANSPRESS

Şərhlər