Bakı-Praqa-Bakı aviareysi açılır
26 İyun 2010 Şənbə 10:25
Bakı-Praqa-Bakı aviareysi açılır. Həftədə bir dəfə olmaqla, iyulun 15-dən bu marşrut üzrə uçuşlara başlanılacaq.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti Çexiyada səfərdə olub. Nümayəndə heyətinin Çexiya Hava Yolları Konserninin prezidenti, Ruzyne hava limanının rəisi M.Dvorjak, həmin şirkətin vitse-prezidenti və baş maliyyə müfəttişi, həmçinin yerli turizm şirkətlərinin nümayəndələri və başqaları ilə keçirdiyi görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq məsələləri, eləcə də birbaşa aviareysin açılması ilə bağlı məsələlər müzakirə olunub.

Danışıqların yekunu olaraq, həftədə bir dəfə olmaqla, iyulun 15-dən QSC-yə məxsus təyyarənin Bakı-Praqa-Bakı marşrutu üzrə uçuşlara başlaması barədə razılıq əldə olunub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar