Baba və ata yaralandı, nəvə öldü
09 Dekabr 2010 Cümə Axşamı 13:05
"VAZ-2106" markalı avtomaşın ağaca çırpılıb
Lənkəranda azyaşlı qızın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 8-i saat 16.00 radələrində Lənkəran şəhərinin Vilvan kəndi ərazisində kənd sakini Şəhadət Veysəlzadə idarə etdiyi "VAZ-2106" markalı avtomaşını ağaca vurub.
Nəticədə Ş.Veysəlzadənin xəsarət alan sərnişinləri, Vilvan kənd sakinləri Bəylər Əzimzadə, oğlu Rauf və nəvəsi Səbinə xəstəxanaya yerləşdiriliblər.
Səbinə orada ölüb, digərlərinin vəziyyəti isə orta-ağırdır.
Faktla bağlı Lənkəran polisi tərəfindən araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: