AzerRoss haqqında şok ittihamlar
27 Sentyabr 2013 Cümə 02:13
Rasim Musabeyov: AzerRoss teşkilatı Azerbaycanın maraqlarına cavab vermeyen fealiyyetle meşğuldur.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - “AzərRos”u diaspor təşkilatları siyahısından çıxarıb. DİDK-nın rəsmi açıqlamasında deyilir ki, “AzərRos”un Komitə ilə əməkdaşlıq etmək istəyi müşahidə olunmadığından adı siyahıdan çıxarılıb.
Müşahidəçilər isə qeyd edirlər ki, “AzərRos”la əlaqələrin kəsilməsinə başlıca səbəb bu təşkilat rəhbərinin Azərbaycan əleyhinə fəaliyyətidir. S.Sadıqov Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir.
Politoloq Rasim Musabəyov hesab edir ki, DİDK ilə “AzərRos” arasında əlaqlərin kəsilməsinin başlıca səbəbi bu təşkilatın rəhbəri Söyün Sadıqovun Azərbaycanın maraqlarını əks etdirməyən fəaliyyəti ilə bağlıdır.
Politoloq deyib ki, S.Sadıqov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqe ortaya qoymağa çalışır. Halbuki Söyün Sadıqovun bu məsələyə heç bir şəkildə bağlılığı yoxdur və belə bir mövqe ortaya qoymağa səlahiyyəti çatmır.
Bununla belə, R.Musabəyov qeyd edib ki, “AzərRos” Rusiyada rəsmi şəkildə tanınan təşkilatdır.
“Onların arasında Gürcüstandan, Özbəkistan və digər ölkələrdən olan azərbaycanlılar var. Elə adamlar da var ki, onlar heç vaxt Azərbaycan vətəndaşı olmayıblar.
“Bu təşkilat bundan sonra da fəaliyyətini davam etdirərsə, rəhbərliyində dəyişiklik olduqdan sonra Azərbaycanın bu təşkilatla əlaqələrini bərpa etməsi mümkün ola bilər”, - o vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: