Azərbaycanlı uşaqlar BMT-yə müraciət edib
13 Mart 2011 Bazar 18:01
Onlar erməni snayperinin 9 yaşlı Farizə atəş açmasına ciddi reaksiya verməyə çağırıb.
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi bir neçə gün əvvəl Ağdamın Orta Qərvənd kəndində erməni snaypeyri tərəfindən vurulan 9 yaşlı Fariz Bədəlovun ölümünə etiraz olaraq BMT baş katibinin müavini, uşaqlar və hərbi münaqişələr üzrə nümayəndə Radikha Kumarasviyə müraciət göndərib.

Müraciətdə erməni təcəvüzkarlarının Farizin ölümü ilə bütün dünya uşaqlarının yaşamaq hüququna atəş açdığı bildirilir. Uşaqlar qurumu bu qeyri-insani hadisəyə ciddi reaksiya verməyə çağırıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar