Azerbaycanlı nümayendeden ermeni nazire layiqli cavab
12 Noyabr 2013 Çərşənbə Axşamı 07:16
Eduard Nalbandanyan ölkesinde medeni irse münasibetden danışarken yene Azerbaycana qarşı qara yaxmaq verdişine sadiq qalıb.
UNESCO Baş Konfransının 37 sessiyası çerçivesinde noyabrın 11-de keçirilen ümumi siyasi debatlarda çıxış eden Ermenistanın xarici işler naziri Eduard Nalbandanyan ölkesinde medeni irse münasibetden danışarken yene Azerbaycana qarşı qara yaxmaq verdişine sadiq qalıb.
Ermenistanlı nazir çıxışını heç bir fakta esaslanmayan, böhtan ve açıq-aşkar yalanlar üzerinde qurmuş, nüfuzlu tribunadan istifade ederek beynelxalq ictimaiyyeti növbeti defe aldatmağa cehd göstermişdir. O, Naxçıvan Muxtar Respublikası erazisinde ermenilere mexsus xaçkarlar kimi medeni irsin azerbaycanlılar terefinden guya dağıdılması ve bu erazilere beynelxalq müşahideçilerin buraxılmaması kimi cefeng fikirler seslendirmiş, beynelxalq teşkilatlardan Azerbaycana tezyiqlerin artırılmasını teleb etmişdir.
Köhne bayatıları seslendirmekde mahir olan E. Nalbandanyan Azerbaycanı qonşu ölkelerin min illik tarixini, medeniyyetini ve enenelerini menimsemekde günahlandırılmışdır.
Azerbaycan Respublikasının UNESKO yanında daimi nümayendeliyinin müveqqeti işler vekili Anar Kerimov cavab hüququndan istifade ederek, Ermenistan nazirinin qaldırdığı esassız ittihamlara layiqli cavab vermişdir. evvelce 300 mine yaxın azerbaycanlının öz tarixi ata-baba yurdu olan Qerbi Azerbaycan, indi ise Ermenistan adlandırılan erazilerden zorla çıxarıldığını, Ermenistanın unikal monoetnik bir ölkeye çevrildiyini diqqete çatdırmış, sabiq prezident R. Koçaryanın azerbaycanlılar ve ermeniler arasında etnik uyğunsuzluğun olması kimi irqçi çıxışlarını xatırlatmış, Ermenistanın bu möteber teşkilatın podiumundan medeni müxteliflik, tolerantlıq ve dialoq haqqında danışmağa menevi hüququ olmadığını bildirmişdir.
A.Kerimov Ermenistanın Azerbaycan torpaqlarının 20 faizini işğal etdiyini, azerbaycanlılara qarşı etnik temizleme siyasetini heyata keçirdiyini, işğal olunan erazilerdeki xalqımızın esrler boyu yaratdıqları tarixi, medeni ve dini abidleri tamamile dağıdaraq yerle-yeksan etdiyini, bu erazilerde tarix boyu yaşayan azerbaycanlıların izini ve medeni irsini tam silmeye çalışdığını iclas iştirakçılarının diqqetine çatdırmışdır.
UNESKO-nun sülh, tolerantlıq, dialoq ve qarşılıqlı anlaşma deyerleri esasında tesis edildiyini vurğulayan A. Kerimov ermeni nazirin bu yüksek beynelxalq tribunadan istifade ederek Azerbaycana qarşı esassız ittihamlar seslendirmesinden, milletlerarası edavete ve düşmençiliye sövq eden çıxışından teessüf hissi keçirdiyini bildirmişdir.
DOSTLARINLA PAYLAŞ: