Azerbaycanın Tehlükesizlik Şurasındakı xidmeti başa çatır
19 Oktyabr 2013 Şənbə 05:30
BMT Baş Assambleyası Səudiyyə Ərəbistanı, Çad, Çili və Litvanı Təhlükəsizlik Şurasının (TŞ) müddətli üzvləri seçib.
BMT Baş Assambleyası Səudiyyə Ərəbistanı, Çad, Çili və Litvanı Təhlükəsizlik Şurasının (TŞ) müddətli üzvləri seçib.
Bu ölkələr Azərbaycan, Qvatemala, Mərakeş, Toqo və Pakistanı əvəz edəcək.
Yeni seçilmiş ölkələrin TŞ-dəki xidməti gələn ilin yanvarından başlanacaq.
Bu ölkələrin seçilməsinə qarşı heç bir ölkə çıxmayıb, lakin onların namizədliklərinə Baş Assambleya üzvlərinin üçdə iki hissəsinin razılıq verməsi mühümdür.
15 ölkədən ibarət olan BMT TŞ-də yalnız 5 ölkə - ABŞ, Britaniya, Fransa, Rusiya və Çin daimi üzv kimi veto hüququna malikdirlər.
Veto hüququ olmasa da, yerdə qalan on ölkə üçün bu üzvlüyün əhəmiyyəti böyükdür, beləki onlar sülh və təhlükəsizlik, BMT sülhyaradıcı əməliyyatları, habelə Suriya, İran və Şimali Koreya kimi məsələlərə səs verilməsində rol oynayırlar.
İnsan haqları təşkilatlarının narazılığı
Bu arada Human Rights Watch (HRW) təşkilatının BMT üzrə direktoru Philippe Bolopion Çad, Nigeriya və Səudiyyə Ərəbistanının namizədliyini pisləyib.
O deyib ki, bu ölkələr BMT Təhlükəsizlik Şurasındakı nüfuzlu kürsüləri tutmazdan əvvəl “öz evlərini sahmana salmalıdır”.
“Çad uşaqları orduya cəlb etməkdən əl çəkməli, Səudiyyə Ərəbistanı isə insan haqları fəallarının təqibini dayandırmalı və qadınlara bütün insan hüquqlarını tanımalıdır” – deyib cənab Bolopion.
Cenevrədə mənzillənmiş UN Watch insan haqları təşkilatının icraçı direktoru Hillel Neuer Səudiyyə Ərəbistanını qadınlara seçmək, avtomobil idarə etmək və kişi qohumlarının müşaiyəti olmadan səfərlər etmək qadağanını ləğv etməyə çağırıb.
Təhlükəsizlik Şurasında yerlər regional qaydada və regional ölkələr tərəfindən müəyyən edilir.
Seçkilər bəzən çox gərgin olur. Məsələn, 2007-ci ildə Qvatemala və Venesuelanın namizədliyinə görə 47 səsvermə olmuşdu, lakin sonunda Latın Amerikasının namizədi kimi Panama seçilmişdi.
DOSTLARINLA PAYLAŞ: