Azərbaycanın Cənubi Koreyada tanıtımı
21 Aprel 2012 Şənbə 17:23
Bu ölkədə təhsil alan azərbaycanlı tələbə ölkə haqqında yeni təqdimat edib.
Azərbaycanın beynəlxalq miqyasda, sərhədlərimizdən kənarda təmsil edilməsi, ölkəmiz haqda əcnəbilərin ətaflı şəkildə məlumatlandırılması uğurla davam etdirilir. Cənubi Koreya Respublikasının Dequ şəhərində təhsil alan azərbaycanlı tələbə Anar Muradov YUNESKO-nun təşkil etdiyi CCAP proqramı (Cross Cultural Awareness Program) çərçivəsində cənubi koreyalı şagirdlərə Azərbaycan haqda növbəti tanıtım dərsini keçib.



ANS PRESS-ə verilən məlumata görə, Anar Muradovun Azərbaycan haqda tanıtım dərsi bu dəfə Kyonqcu (Kyongju) şəhərinin “Kyongju Girls High School” tədris ocağında baş tutub.

Qeyd edək ki, azərbaycanlı tələbə Anar Muradov bu məktəbdə YUNESKO-nun təşkil etdiyi CCAP proqramı (Cross Cultural Awareness Program) çərçivəsində dərs deyən ilk tələbədir.



A. Muradov “Kyongju Girls High School”da ölkəmizin tanıtımı zamanı Azərbaycan mədəniyyəti, tarixi, idmanı, işğal altında olan Dağlıq Qarabağ ərazisi, ölkəmizin milli mətbəxi və xüsusi olaraq Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində əldə etdiyi möhtəşəm qələbəsi haqda koreyalı şagirdlərə ətraflı məlumat çatdırıb. Bundan başqa, məktəbliləri Azərbaycan-Cənubi Koreya münasibətləri, C. Koreya şirkətlərinin ölkəmizdə fəaliyyəti, təhsil-təqaüd proqramları barəsində məlumatlandırıb. Daha sonra Anar Muradov şagirdlərin Azərbaycanla bağlı maraqlandıran suallarını cavablandırıb.



Qeyd edək ki, azərbaycalı tələbə Anar Muradov YUNESKO-nun təşkil etdiyi CCAP proqramı çərçivəsində mədəni mübadilə könüllüsü kimi göstərdiyi töhvəsinə görə bu təşkilatın fəxri diplomları ilə təltif edilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar