Azərbaycandan NATO-ya qadağa
27 Dekabr 2011 Çərşənbə Axşamı 22:07
Əfqanıstandakı missiya çərçivəsində alyansın kəşfiyyat təyyarələrinin Azərbaycan ərazisi üzərindən uçuşuna icazə verilməyib.
Azərbaycan öz ərazisi üzərindən Əfqanıstandakı missiya çərçivəsində NATO-nun kəşfiyyat xarakterli təyyarələrinin uçuşuna icazə verməyib. “İnterfaks-Azərbaycan” agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, rəsmi Bakı öz ərazisi üzərindən Əfqanıstana yük təyyarələrinin uçuşuna icazə verib, “Avaks” tipli kəşfiyyat təyyarələri isə bu kateqoriyaya aid deyil.

Agentliyin məlumatına görə, bir neçə il əvvəl Azərbaycan Əfqanıstandan Avropaya uçan Almaniyaya məxsus “Avaks” tipli təyyarənin Bakıda yerə enməsinə icazə verməmişdi. Ekspertlərin sözlərinə görə, bu təyyarələr uçuş marşrutu üzrə bütün ölkələrdə, o cümlədən İranda baş verənləri müşahidə etməyə imkan verir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar