Azərbaycandan ABŞ-a etiraz
26 Noyabr 2010 Cümə 01:45
Qondarma “respublikanın prezidentinin” şəhər meri tərəfindən qəbul edilməsi Azərbaycanla ABŞ arasındakı münasibətlərin ruhuna uyğun deyil
ATƏT-in etibarlı və güclü tərəfdaşı kimi, dünyada sülh və təhlükəsizliyin təmin olunması prosesində xüsusi rolu olan dövlət kimi ABŞ da qətiyyətli mövqe ortaya qoymalıdır. Bunu Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında Prezident Administarsiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O, Dağlıq Qarabağ separatçılarının liderinin Amerikaya səfərinə də toxunub: “Əlbəttə ki, ABŞ-da qondarma “respublikanın prezidentinin” şəhər meri tərəfindən qəbul edilməsi Azərbaycanla ABŞ arasındakı münasibətlərin ruhuna uyğun deyil. Axı bu məsələ beynəlxalq hüquqda da qəbul edilməyən bir proses kimi göstərilir”.

Novruz Məmmədovun fikrincə, belə hallar olmamalıdır: “Biz ABŞ-ın ədalətin bərpa olunması, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması prosesində aktiv iştirakını istəyirik. Əlbəttə ki, ABŞ-dan bu cür mövqeni ATƏT-in sammitində də ortaya qoymasını gözləyirik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar