Azərbaycanda yeni internet aksiyası başlayır
18 Yanvar 2012 Çərşənbə 00:27
“22 ildir unutmuruq!” internet aksiyası 20 Yanvar faciəsinin ildönümüə həsr olunub.
Gənclər üçün Təhsil Mərkəzi 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar “22 ildir unutmuruq!” adlı internet aksiyayasına başlayır. Mərkəzdən AzərTAc-a bildirmişlər ki, yanvarın 18-dən 20-dək keçiriləcək tədbirin məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 22 il əvvəl baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.

Aksiya Bakıda və mərkəzin regional ofislərində təşkil olunacaqdır. Gənclər müəyyən edilmiş cədvələ uyğun, növbəli şəkildə 20 Yanvar faciəsinə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslara, əcnəbi qəzet və jurnallara göndərəcəklər.

Qeyd edək ki, aksiya yalnız Azərbaycanda deyil, xaricdə təhsil alan mərkəz üzvləri tərəfindən də dünyanın müxtəlif ölkələrində keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar