Azərbaycanda hicaba qadağa yoxdur
28 Dekabr 2011 Çərşənbə 00:41
Prezident İlham Əliyev: Azərbaycanda hicaba qadağa yoxdur.
Rusiyanın “Rossiya” telekanalının “Vesti v subbotu” proqramında Azərbaycan prezidenti İlham Əliyevin müsahibəsi nümayiş etdirilib.
Verilişin əvvəlində Azərbaycanın dövlət başçısının 50 illik yubileyinin qeyd olunduğu bildirilir, onun barəsində məlumat verilir. Aparıcı Sergey Brilyov qeyd edir ki, həm İlham Əliyev, həm də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva idman - dağ xizəyi, üzgüçülük, fitnes həvəskarıdırlar. “Onlar həm də elə etməyi sevirlər ki, tabeliyində olanlar məhz onların yolu ilə getsinlər”, - verilişdə bildirilib.
“İdman turnirnikləri indi hər yer yerdə var. “Yaxşısı budur, kabab yəməkdənsə, dartınsınlar”, - Azərbaycan prezidenti deyir. Onun həyat yoldaşı ixtisasca oftalmoloqdur və Azərbaycanın Gimnastika Federesiyasının rəhbəridir. O da həyat yoldaşı kimi 2020-ci ildə Olimpiadcanı Bakının qəbul etməsini arzulayır”, - proqramda qeyd olunub.
Verilişdə bildirib ki, ingilislər və amerikalılar Bakı neftinin Avropaya Rusiya yox, Avropa vasitəsilə nəql olunmasında böyük rol oynayıblar. Azərbaycanın qonşularına gəldikdə isə Ermənistanla münaqişə var, İranda isə fundamental islamçılıq hökm sürür. “Vesti v subbotu”da Azərbaycanda keçirilən son möhtəşəm hərbi paraddan da söz açılır.
Müsahibə hicabla bağlı sualla başlayıb. Sergey Brilyov deyib ki, Azərbaycanın cənubunda hicab vacibdir, ölkədən şərndə isə məsələn işdə namaz qılınmasına qadağa tətbiq edilir. Aparıcı prezident İlham Əliyevdən bu barədə soruşub. “Biz heç bir yerdə qadağa tətbiq etmirik. Bizdə qadağa yoxdur. Hər kəs istədiyi kimi inkişaf etmək hüququna malikdir. Və bu istənilən adamın hüququdur”, - İlham Əliyev cavab verib.
Prezidentlə jurnalistin söhbəti Zağulbada davam etdirilir. Söhbət tikintilərdən düşür və Sergey Brilyov “Doğrudurmu ki, bütün əsas memarlıq layihələrini şəxsən Siz təsdiqləyirsiniz”, - sualını verir və İlham Əliyev bunu təsdiqləyir.
İlham Əliyev mərhum atası Heydər Əliyev barədə də danışır və deyir ki, Heydər Əliyev üçün dekomunizasiya yox, Azərbaycanın müstəqillik qazamnası daha vacib olub. “Mən düşünürəm ki, o, bu barədə əvvəllər də, Azərbaycanın iqtisadi müstəqilliyinin əsaslarını yaradanda - 70-ci illərdə düşünürmüş”, - prezident İlham Əliyev bildirib.
İlham Əliyev oğlu Heydər Əliyev haqqında da fikirlərini bildirir. Onun sözlərinə görə, oğlu qarşı heç bir siyasi düşüncə ilə yanaşmır: “Mən istəyirəm ki, o, dəyərli insan kimi, insani baxımdan babasının və atasının davamçısı kimi yetişsin”. Dövlət başçısı deyib ki, oğlunu heç nəyə, məsələn, qalstuk taxmağa məcbur etmir: “O, nadir hallarda qalstuk taxır. Təhsillə, xarici dilləri öyrənməklə, idmanla məşğul olur. Adi Bakı məktəbində oxuyur. Öz həmyaşıdlarından heç nə ilə fərqlənmir”. Dövlət başçısının sözlərinə görə, Heydər Əliyev üçün rus dili də xarici dildir.
Siyasi məsələlərə gəldikdə isə, prezident İlham Əliyev Türkiyənin bölgədəki roluna toxunub: “Türkiyə regional fövqəldövlətdir, regional və dünya miqyasında çox möhkəmlənib. Türkiyə bizim yaxın müttəfiqimizdir. O, demokratik ənənələri olan müsəlman ölkəsi kimi demokratik prinsiplərin heç vaxt olmadığı Yaxın Şərq ölkələri kimi cəlbedicidir”.
DOSTLARINLA PAYLAŞ: