Azərbaycanda hava şəraiti mülayimləşəcək.
10 Fevral 2012 Cümə 12:40
Fevralın 12-dən sonra havaların yenidən kəskinləşəcəyi gözlənilmir.
Bu gün və sabah Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, fevralın 12-i gündüz saatlarından etibarən hava şəraitinin mülayimləşməsi gözlənilir.

Fevralın 11-də gecə Bakıda 2-7 dərəcə şaxta, gündüz isə 1-3 dərəcə şaxta olacağı proqnozlaşdırılır. Fevralın 12-də gecə 3-7 dərəcə şaxta, gündüz 1 dərəcəyədək şaxtadan 2 dərəcəyədək isti gözlənilir. Aran rayonlarında fevralın 11-də gündüz saatlarında 0-3 dərəcə şaxta, dağlıq rayonlarda 5-10 dərəcə şaxta, fevralın 12-si, 13-də aran rayonlarında gündüz 1-6 dərəcə isti, dağlıq rayonlarda isə 1-6 dərəcə şaxta proqnozlaşrıdırlır.

Bu gün Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi proqnozlaşdırılır. Küləkli hava şəraiti fevralın 10-dan 11-nə keçən gecədə davam edəcək. Fevralın 11-də axşama doğru küləyin nisbətən azalacağı gözlənilir. Fevralın 12-də gündüzdən etibarən isə şimal-qərb küləyi mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Asif Verdiyevin verdiyi məılumata görə, fevralın 12-dən sonra havaların yenidən kəskinləşəcəyi gözlənilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar