Azərbaycanda boşanmaların sayı 2 dəfə artıb
23 Noyabr 2011 Çərşənbə 10:45
Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
“Son 6-7 ildə Azərbaycanda boşanmaların sayı 2 dəfə artıb”. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsində “Sosial qanunvericilik: reallıqlar və perspektivlər” mövzusunda keçirilin dinləmələrdə komitənin sədri Hadı Rəcəbli bildirib.
O, qeyd olunan müddət ərzində ölkədə 86-90 min nikah bağlandığını, 8700 boşanma faktının qeydə alındığını bildirib. Nikahların pozulmasının əsas səbəblərindən birinin mülkiyyət məsələləri olduğunu qeyd edən H. Rəcəbli gənclərin ailə qurarkən həkim müayinəsindən keçməməsinin də ciddi problemlər yaratdığını vurğulayıb.
Qeyd edək ki, dinləmələrdə Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, müxtəlif rayonun icra hakimiyyətlərinin təmsilçiləri iştirak edirlər.
DOSTLARINLA PAYLAŞ: