Bakıda həbs olunmuş jurnalist, Mətbuat Şurası tərəfindən adı “reket” nəşrlər siyahısına salınmış “Kadr və Tərəqqi” qəzetinin baş redaktoru Zöhrab Sadıqov həbsdə dünyasını dəyişib. Ağdam rayon prokurorluğundan verilən məlumata görə, o, müalicə müəssisəsində ölüb.
Noyabrın 8-də Z.Sadıqov doğulduğu Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub.
Qeyd edək ki, Z.Sadıqov 2009-cu ilin yanvarında həbs olunmuşdu. ANSPRESS
Azərbaycanda baş redaktor həbsdə ölüb
O, doğulduğu Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub.




Şərhlər