Azərbaycan Tunisə nota verib
18 Yanvar 2011 Çərşənbə Axşamı 11:20
Nota bu ölkənin Mərakeşdəki səfirliyinə təqdim olunub.
Azərbaycanın Mərakeşdəki səfirliyinin hazırda Tunis ərazisində turizm, yaxud digər məqsədlərlə Azərbaycan vətəndaşlarının olub-olmadığının müəyyənləşdirilməsi üçün keçirilən müvafiq tədbirlər çərçivəsində Tunisin Rabatdakı səfiri Sadiq Qurbi ilə görüş keçirilib. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan vətəndaşlarının Tunisdə hazırda olub-olmaması və onların aşkar ediləcəyi təqdirdə müvafiq köməkliyin göstərilməsinə dair Nota Tunis Xarici İşlər Nazirliyinə çatdırılması üçün səfir S.Qurbiyə təqdim edilib.

Öz növbəsində Tunisdəki nümayəndəliyimiz müvafiq tədbirlər həyata keçirərək Tunisdə turist, yaxud da iş adamı qismində Azərbaycan Respublikası vətəndaşının olmadığını dəqiqləşdirib, Tunisdə daimi yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvlərinin məlum hadisələr nəticəsində xəsarət almadığını, onların Tunisdə vəziyyətlərinin sabit olduğunu və Azərbaycana qayıtmağa ehtiyac duymadıqlarını müəyyənləşdirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar