Azərbaycan sərhədində zəlzələ olub
22 İyul 2010 Cümə Axşamı 12:30
Azərbaycan sərhədində zəlzələ olub. Təkanların gücü 3 bal olub.
Azərbaycanın Gürcüstanla sərhədində zəlzələ olub. Respublika Seysmoloji Xidmət mətkəzinin mətbuat xidmətindən verilən məlumata görə, zəlzələ iyulun 21-i yerli vaxtla saat 23:45:06 radələrində, Qazax şəhərindən 42 kilometr şimal-şərqdə qeydə alınıb.
Təkanın dərinliyi 15 kilometr, maqnitudası isə 3:0 gücündə olub.
Təkanlar zamanı dağıntı və tələfat olmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: