Azerbaycan sefirliyinin temsilçileri Orxan Zeynalovla görüşüb
22 Oktyabr 2013 Çərşənbə Axşamı 21:20
Konsul Fuad Eliyev ve müşavir Ağalar Atamoğlanov görüş zamanı Orxan Zahid oğlu Zeynalova hüquqlarını başa salıblar.
Bu gün Azərbaycanın Moskvadakı səfirliyinin əməkdaşları qətldə ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşüblər. ANS PRESS-in Moskva bürosunun məlumatına görə, konsul Fuad Əliyev və səfirliyin müşaviri Ağalar Atamoğlanov görüş zamanı Orxan Zahid oğlu Zeynalova hüquqlarını başa salıblar.
Onunla söhbətləşib bildiriblər ki, səfirlik tərəfindən onun maraqlarının müdafiəsi məqsədi ilə vəkil V.İ.Anikuşkin və tərcüməçi D.Dadaşova ilə müqavilə bağlanıb. Orxan Zeynalov həbs edildiyi gün, həmçinin təcridxanada saxlanıldığı müddət ərzində ona qarşı əsassız işgəncələr verildiyini, şərəf və ləyaqətinin alçaldıldığını bildirib.
Zeynalova deyilib ki, səfirliyin tapşırığı ilə vəkil V.İ.Anikuşin KİV-də yayılmış məlumatlar, videokadrlar, həmçinin O.Zeynalovun sözləri əsasında ittiham edilənin bədənindəki xəsarətlər, ona qarşı fiziki təzyiqlər barədə xidməti istintaq başladılması barədə bir neçə vəsadət qaldırılıb, həmçinin ona qarşı qəbul edilmiş qərarın dəyişdirilməsi ilə bağlı apelyasiya ərizəsi verilib.
DOSTLARINLA PAYLAŞ: