Azərbaycan Rusiyaya nota verdi
17 Oktyabr 2013 Cümə Axşamı 13:36
Nota qətldə şübhəli bilinən Orxan Zeynalova konsul dəstəyi verilməsi ilə bağlıdır.
Azərbaycan tərəfi Rusiya XİN-ə nota təqdim edib. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, nota qətldə şübhəli bilinən Orxan Zeynalova konsul dəstəyi verilməsi ilə bağlıdır. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat verib.
Xatırladaq ki, Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və helikopterlə Moskvaya aparılıb.
Hüquq-mühafizə orqanları ona qarşı təhqiredici hərəkətlər ediblər. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edib.
DOSTLARINLA PAYLAŞ: