Azərbaycan Rusiyaya ikinci dəfə nota göndərdi
19 Oktyabr 2013 Şənbə 13:15
Azərbaycan tərəfi Orxan Zeynalovla görüş tələb edir.
Azərbaycan Rusiyaya ikinci nota göndərib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə Orxan Zeynalovla görüşə şərait yaradılması ilə bağlı ikinci dəfə nota göndərib. Həmçinin azərbaycan hökuməti Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə də məktub ünvanlayıb. Nota və məktubda Rusiya Xarici işlər nazirliyinindən Yeqor Şerbakovun qətlində günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşə şərait yaratmaq tələb olunur.
Xatırladaq ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov Yeqor Şerbakovun qətlində ittiham olnaraq saxlanılıb və bu zaman ona qarşı əməliyyatçıların qəddar davranışlarının videosu mətbuatda yayılıb. Bununla bağlı Azərbaycan tərəfi artıq oktyabrın 17-də birinci dəfə Rusiyaya nota göndərmişdi.
DOSTLARINLA PAYLAŞ: