Azərbaycan İrana nota verir?!
26 May 2009 Çərşənbə Axşamı 14:10
Millət vəkillərimiz İranın Azərbaycanın daxili işlərinə qarşı çıxdılar

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. Cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri Azərbaycan Ordusundakı vəziyyətə diqqət çəkib. Deputat İqbal Ağazadə orduda çağırış həddinin 35 yaşdan 25 yaşa endirilməsini təklif edib. Vitse-spiker Ziyafət Əsgərov isə Azərbaycanda "hərbi çağırışın əsasları haqqında" qanuna cəmi altı ay əvvəl dəyişiklik edildiyini xatırladıb və yaş həddini belə olmasını xidmətdən yayınmaların qarşısının alınması ilə izah edib. Millət vəkili Fəzail Ağamalı isə İran silahlı qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadinin İsrail prezidentinin Azərbaycana səfəri ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib. "Niyə onlar Xocalı soyqırımını törədən şəxsi Tehranda salamlayırlar? Azərbaycanın müvafiq qurumları - xarici işlər, müdafiə nazirlikləri Firuzabadinin fikirlərinə etiraz etməlidir. İranın Azərbaycanın daxili işlərinə qarışmasına son qoymaq lazımdır". Millət vəkilləri bununla bağlı İrana nota göndərilməsini təklif ediblər. Onlar Azərbaycanın İsraildə səfirliyinin açıqmasının da zəruriliyini vurğulayıblar. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar